Sentyabr Yeni il kimi

On September 8, 2011, in Neqativlər, by Karimov Elgun

Neçə vaxtdır yazı yaza bilmirəm. vaxt azlığıdan və işləri yazısına başım çox qarışdığından düşündüklərimi yazmağa vaxt qalmır. Lakin start verdim. Fikirləşdim ki, hər kəs nəyinsə arzusu ilə yaşayır və onu yaşamağa çalışır. Məncə mənim işim yazmaqdan gəlir. Yəni blogging. Yazı bacarığımı bir az unutmuşam ona görə səhvlərini indidən bağışlanmasını istəyirəm. Son olaraq SİFTƏNİ korlamayın.

Yanvarda Niyə Yeni il

Hər bir bayramın müəyyən məntiqi əsası vardır. Yəni o bayramı hansısa səbəbə görə edirlər lakin səbəbi bilmək insanların çoxuna lazim deyil, təki bayram olsun, iş olmasın və sair. Hər kəs yeni ili əsasən yanvar ayında qeyd edir lakin bunun bizə heç bir məntiqi aidiyyatı yoxdur.  Yanvar ayi gələndə men heç bir bayram hiss etmirəm. Bayram vacib deyil ki, hələ necə gəldi edəsiniz, bu içinizdən gəlməli buna sevinməlisiniz. Lakin mən bu xristian bayramına heçdə sevinmirəm. Dost, tanış və qohumlarımın xətri qalmasın deyə təbrik edirəm amma bayram etmirəm.

Sentyabr Yeni il Kimi

Hər insanın dərindən istədiyi  məqsəd var və o nəsə yenilik edəndə o sahədə onu bayram kimi qeyd edə bilər. Ona görə mənim bayramım Sentyabr ayının 20-30 arasıdır. Dəqiq tarixi yoxdur amma əsas odur ki bu aydır və bu ay mənim ən çox sevindiyim aydır yəni bayramımdır.

Nİyə?

Mən hal-hazırdakı işimlə bağlı olaraq gənc tələbələrimizi xaricdə təhsil almasına kömək göstərirəm (həm ödənişli, həm də ödənişsiz). Bu mənim həm işim həm də ən çox sevdiyim sahədir. Təhsil sahəsi həmişə mənə maraqlı olub və onun xüsusi ilə siyasətlə və ya beynəlxalq işlərlə qarışığı. Mən bütün il böyu tələbələrimizi ən yaxşı universitetlərə yerləşdirməyə çalışıram və sentyabr ayında tələbələrim vizalarını alıb təhsil almağa yola düşürlər. Sonuncu tələbəni göndərəndən sonra mən artıq bayram edirəm. Mənim əsl bayramın budur. Tələbələrin bəziləri bunu məndən canlarını qurtarmaq kimi qeyd edirlər və mənə deyirlər ki, Elgün müəllim sizin məndən canınız qurtardı. Pozitiv cümlə olsa da  neqativ mənanı verir məncə (Zarafat). Mən məntiqə daha çox inanıram ona görə mən insanların üzünə gülüb və onları yalandan da olsa təbrik etsəmdə o mənə bayram sayılmır. Mənim bayramım mənim sevindiyim gündür. Amerikalıların və digərlərinin İsaya görə sevinməyi niyə mənə bayram olsun ki. Lakin bu o demək deyil ki, mən onlara nifrət edirəm. Yox. Əksinə hər bir bayrama hörmətim var lakin hamısı mənə görə deyil.

Həmişə insanlar cəmiyyət nə deyirsə doğru olsa, olmasa da ona inanırlar. Bu təbii savadsızlıq və inamsızlıq prosesidir. Qarabağ buna nümünə ola bilər. Çünki ermənilər neçə illər böyu yalanlarla dünyanın fikrini dəyişib və biz buna qarşı sərhədi keçə bilmirik. Ya da ki xaricilər bizdən eşitmək istədiklərini bizdən eşidə bilmirlər. Lakin heç kəs reallığı öyrənmir. Məşhur insanlar nə dedisə ona da inanırlar. Bu səbəbdən yeni ili yanvar ayında edəndə və ona çoxlu pul xərcləyəndə düşünmürlər ki, bunlar bunu niyə edirlər.

Mən dünyada standart ölkədə deyil nadir olan ölkədə yaşamaq istərdim. Bu yeni il bizdə yaranmayıb və bizdə kifayət qədər onu görməyə xaricilər gəlmir (iranlılardan başqa). Azərbaycanlılara da bu yeni il yeri gəlsə heç lazım deyil. Belə olduğu halda biz niyə bu yeni ilə çoxlu pul xərcləyirik. Heç bir məntiqi mənası yoxdur. Fikirləşin. Yeni il öncəsi Nyu York şəhərinə minlərlə insan gəlir təkcə yeni ili görmək üçün. Şəhərin mərkəzində durmaq üçün gərək 3 gün öncədən yer tutasan.  Çünki yeni ilin bunların yeni ilidir. Və onların bu yeni ili etməyə məntiqləri vardır.  İnanmıram Bakı nə vaxtsa Nyu Yorkdan yaxşı yeni il keçirtsin. Sizə qeyri-adi gələ bilər lakin mən yeni il olanda Nyu Yorkda da olsam  da evde televiziyadan baxırdım yeni ilə, dostalrım zəng edir ki, görüm ordayam ya yox. Mənim üçün mənası olmayan bir şey üçün niyə həyəcanlı olmalıyam ya da istəsəm də ola bilmirəm.

Lakin biz daha yaxşı Novruz Bayramı və digər bizə məxsus olanları keçirə bilərik. Və bunu görmək üçün kifayət qədər turist gətirə də bilərik.

Bunun üçün məncə nəyi niyə etməyimizi fikirləşmək lazımdır. İnsanların əksəriyyəti bunu düşünə bildiyi halda biz məntiqi yeni il edəcəyik.

Birdə kim yeni ilini başqa vaxta qeyd edirsə, fikirlərini eşitmək istərdim.

 

Tagged with:  

5 Responses to Sentyabr Yeni il kimi

  1. Azar says:

    Elgün müəllim,
    Bir tələbəniz kimi sizi ürəkdən təbrik edirəm bu məntiqli bayram ayı münasibətilə və düşünürəm ki, sayənizdə bu ildən etibarən mən də bu ayı həyatımda yeni bir ilin başlaması kimi və ya YENİ İL kimi qeyd edəcəyəm. Sizin zəhmətiniz danılmazdır!

  2. Gulmira Abbasova says:

    Elgun, məqaləni oxudum. Yeni fikir yaydiğın, oxucuları düşündürdüyün uçun sənə təşəkkür etməliyik. Əlbəttə ki, qeyd etdiyin məqamların çoxu həqiqətdir. O fikrinlə razıyam ki, inandığın hər şeyə niyə inandığını məntiqlə dərk etməlisən. Müəyyən bir toplumun təsiri altında “onlar inanır, mən də inanım”, “onlar edir, mən də edim” yanaşması düzgün sayıla bilməz.

    Amma “sentyabrda yeni il” anlayışı, şimal yarım kürəsinin sakinləri üçün bir o qeder de ağıla batan deyil. Cənub üçün tam başqa, ola bilər (yaz gəlir deyə).
    Amma vacib deyil ki, yeni il bayramı olsun, sentyabrda heç də az əhəmiyyəti olmayan Bilik Bayramı var. Bir də ki, hər kəsin özünün şəxsi bayramları – doğum günü, evlilik günü, doğmalarla bağlı hansısa önəmli bir gün və s. Eləcə də sənin 20 – 30 sentyabr arası tələbələrinlə bağlı öz bayramın. Məncə hər bir kəs özünün çox önəmli saydığı günü hər zaman Böyük Bayram edə və yaxınlarını da ətrafında toplaya bilər.
    Yeni məqalələr, yeni mövzular gözləyirik…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Looking for something?

Use the form below to search the site:

Still not finding what you're looking for? Drop a comment on a post or contact us so we can take care of it!

 

February 2012
M T W T F S S
« Sep    
 12345
6789101112
13141516171819
20212223242526
272829  

Archives

All entries, chronologically...