Hər ölkənin özünə görə adət-nənənəsi var. Bu gün bizdə mövcud olan əks cinslər arasında hörmət ənənənəsindən danışmaq istəyirəm.
Hamımızın bildiyi kimi, ictimai nəqliyyatda qadınlara hörmət xüsusi marağ kəsb edir və bunu hər ölkədə deyil, əsasən Azərbaycanda görmək mümkündür. Çox sevindirici haldır ki, bu adət hələdə öz qüvvəsini itirməmişdir. Lakin bəzi nüanslar var ki, onlar bu gözəl adət ənənənin daha uzun müddətli yaşamasına risk yaradır.
Kimə hörmət etməliyik?
Mən böyüklərimizdən həmişə eşitmişəm ki, biz ehtiyacı olan insanlara ictimati nəqliyyatda yer verməliyik. Və metroda rekorda qulaq assanız, orada həmişə deyir ki, yaşlı insanlara, hamilə qadınlara və sair yer verin. Biz o insanlara yer veririk ki, onların ayaq üstə durmağa ehtiyacları vardır və hörmət əlaməti olaraq gənclərimiz ayağa qlxıb öz yerlərini onlara təklif edirlər. Beynəlxalq baxımdan bu qanun hər ölkədə mövcuddur lakin heç yerdə bizim ki qədər aktual deyildir.
Bu ənənəni indi daha çox öz mənasından uzaqlaşdıraraq gözəl və ya daha cəlb edici qadınlara gənc aid etmək tamami ilə səhvdir. Həmişə ictimai nəqliyyatdan istifadə etdiyimə görə bu prosesi mən çox analiz etmişəm. Hər gün bu proses gözümün önündə baş veridyi üçün və hər gün bu adətin daha mənasını itirdiyi üçün bu məqaləni yazmağı qərara aldım. Bütün adətlər mənaları ya qalmadığı üçün ya da olmadığı üçün yox olurlar.
Hər halda bu hadisələri biz hər gün görürük lakin düzgün əməl etmirik. Sadəcə birni nümunə göstərməyim kifayətdir.
Bir gün avtobusda oturmuşdum və bir 60 yaşında yaşlı kişi içəri daxil oldu və təbii ki, mən öz yerimi ona verdim. Üstündən iki dəqiqə keçməmiş içəri bir qız daxil oldu. Yaşı 15 olardı. Onların geyim və hərkətləri hər halda hər kəsi cəlb edirdi. Bu kişinin həvəslə onlara yer verməsinin mənası tamami ilə aydındır və qəbul edilməzdir. Sanki bu kişi elə böyük hörmətsizlik etdi ki, bunu qadınlar belə qəbul etməz. Yəni qızdan öncə hər hansı qadın içəri daxil olsaydı, özünü yaşlı hesab edib ayağa qalxmayacaqdır. Gənc insanın utanmayaraq 60 yaşlı kişinin yerinə oturmasının da mənası yoxdur.
Kim Kimə Hörmət Edir?
Əsas problem də burdadır. Adını yaşlı və ya oturmağa ehtiyacı olan insanlara hörmət qoyduğumuz bu adət tam göründüyü kimi tətbiq edilmir. Hamımız yaxşı bilirik ki, qızlar çox az hallar da qadınlara yer verir və ya oğlanlar yaşlı kişilərə. Və ya qızlar yaşlı qadınlara yaşlı kişilərdən daha az hörmət (yer mənasında) edir. Eyni zamanda oğlanlar yaşlı kişilərə yaşlı qadınlardan daha az hörmət edir.
Burada əks-cins məsələsinin müəyyən qədər rolu olsa da məsələ onların hörməti düşünməsi ilə çox vaxtı bağlı deyil. Onlar ictimaiyyətədn çəkinidikləri üçün bu hərəkəti etməyə vadar olurlar. Əslində heç onları görən olmasa, yerlərindən qalxmırlar. Onda ictimai qınağada gəlmirlər və ürəklərində də olsa onlara nifrət bəsləyən olmur. Məsələn: cavan oğlan yaşlı qadına yer verməsə hər kəz ona neqativ şəkildə baxacaq və ictimai baxış onu sıxdığı üçün o istəsə və ya istəməsə də yerindən durmaq istəyəcək. Və ya sadəcə bu yaxşı mədəni oğlandır deyə, insanların onu yaxşı düşünməsi üçün bu hərəkəti edəcək. Əminəm ki, eyni proses kişilərə yer verəndə hiss olunmur və ya düşünülmür. Yəni yaşlı və ya müəyyən qədər yaşlı kişiyə yer verməsən o qədər də sənə tərs baxmırlar eyni yaşda olan qadınlara nisbətən. Bu başa düşüləndir. Lakin başa düşülməyən proses odur ki, sənədn bəzən yaşda çox çox kiçik olan qızlara yer verməmək niyə ictimai qınağ olmalıdır? Onlarda cavan, enerjili və düçüncəli insanlardır. Burada hansı cins günahkardır? Burada heç bir məntiq yoxdur və bu adət yaşaya bilməz. Bu sadəcə mənəvi qınağdır yəni sənə qadınlar pis baxa bilər.
Buna etiraz edən qızlar olur. Bəzən oğlanın ona elə tez yer verməsini hörmətsizlik qəbul edənlər də var. Çünki bu halda ya siz qocasınız, ya da sizdən nəsə gözləyir sizə yer verən insan. Bunu özünə təhqir bilən insan o yerdə oturmur və ora daha yaşlı insanı məsləhət görür.
Ənənələr niyə yoxa çıxır?
Tarix böyü hamıya məlumdur ki, bəzi adətlərimiz və ya dünyada olan adətlər inkişaf dövrü ilə əlaqədar yox olub. Ya da ki müəyyən cəmiyyətlərdə artıq neqativ hal kimi yadda qalıb. Bunun ən böyük səbəbi o adətin arxasında məntiqi dayağın olmamasıdır yəni o adətin indi ki müəyyən qədər inkişaf etmiş xalq üçün mənası yoxdur.
Amerikada cavan qıza və ya 55 yaşında olan bir kəsə ictimai nəqliyyatda yer vermək tammami ilə təhqir edici hadısədir. Siz ona yer göstərməklə işarə edirsiniz ki, o qocadır və ya yaşlıdır ki, ayaq üztə dura bilmir. Bu da Amerikan cəmiyyətində qəbul edilməzdir. Onlar həmişə cavan görünmək istəyirlər. Ona görə orada o adət artıq itmişdir. Lakin bizim psixologiyamız tamami ilə fərqlidir və biz onu dağıtmağa çalışırırq.
İnsanlar eyniləşdikcə bunların mənası qalmayacaq. Və ya bir neçə ildən sonra bəzi qızlar metroya minəndən sonra gəlib başının üstündə durub gözünü sənə zilləyib, daxilən dur mən oturub deyən qıza kim yer göstərəcək?




